GEM qızılca peyvəndi ilə bağlı xəbərdarlıq etdi
    • 28-02-2023, 16:09
    • 278

GEM qızılca peyvəndi ilə bağlı xəbərdarlıq etdi

Azərbaycanda qızılca xəstəliyi 2019-cu ilin iyul ayından qeydə alınmır.

News24.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, lakin son illər Azərbaycanda COVİD-19 pandemiyası səbəbindən peyvəndləmə ilə əhatə göstəriciləri bir qədər aşağı olub:

"Bununla əlaqədar olaraq peyvəndlərlə qarşısı alına bilən infeksiyalardan, o cümlədən qızılca xəstəliyindən qorunmanı təmin etmək üçün uşaqların profilaktik peyvənd təqviminə uyğun immunizasiyaya cəlb edilmələri vacibdir".