Bu gün başladı: Bu şəxslər vətəndaşlıqdan ÇIXARILIR
    • Bu gün, 05:00
    • 240

Bu gün başladı: Bu şəxslər vətəndaşlıqdan ÇIXARILIR


Bu gündən etibarən Rusiya Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığını qəbul edən, lakin andiçmə prosesinə gəlməyən şəxslərin vətəndaş statusunun ləğvinə başlayır.

Axar.az xəbər verir ki, müvafiq normalar Rusiya prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında təsbit edilib.

Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən verilən məlumata görə, bu kateqoriyadan olan vətəndaşların andiçmə müddəti noyabrın 22-də başa çatıb:

“2024-cü il noyabrın 23-dən etibarən belə şəxslər Rusiya vətəndaşlığını almamış hesab olunacaq və onların Rusiya vətəndaşlığına qəbulu ilə bağlı qərarlar qüvvədən düşəcək”.

Bu qərar yalnız 2017-ci il 1 sentyabrdan sonra Rusiya vətəndaşlığı alan şəxslərə şamil ediləcək.