-
- 28-02-2023, 19:45
- 241
İlham Əliyev Kubanın vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırlayı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayıb və deyib ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.
Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirən Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu deyib.
Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycanda fəaliyyətinin yüksək qiymətləndirildiyini deyib, bu amilin ikitərəfli əlaqələrimizin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.
Kubanın vitse-prezidentinin səfərinin münasibətlərimizin genişdirilməsinə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycana səfərin onda xoş təəssüratla yadda qalacağına əminliyini ifadə edib.
Qoşulmama Hərəkatının COVID 19-a qarşı mübarizə üzrə Təmas Qrupunun zirvə görüşündə iştiraka dəvətə və qəbula görə minnətdarlığını bildirən Salvador Antonio Valdes Mesa ilk növbədə Kuba Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş edib və onunla görüşünü məmnunluqla xatırladığını bildirib.
Qonaq ənənəvi dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Fidel Kastronun mühüm rol oynadıqlarını qeyd edib. O, bu il Ulu Öndərin anadan olmasının 100 illiyinin qeyd edildiyini xüsusi vurğulayıb.
Salvador Antonio Valdes Mesa ölkələrimiz arasında münasibətlərin daha da inkişafında Kuba tərəfinin də ciddi siyasi iradəsinin olduğunu deyib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID 19-a qarşı mübarizə kimi çətin bir dövrə təsadüf etdiyini, lakin ölkəmizin təşkilata çox fəal və uğurlu sədrliyini davam etdirdiyini deyən qonaq Qoşulmama Hərəkatının inkişafı üçün ölkəmizin böyük işlər gördüyünü, təşkilata üzv dövlətlərə dəstəyini əsirgəmədiyini xüsusi vurğuladı və buna görə təşəkkürünü bildirib.
Kubanın vitse-prezidenti deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və Kubanın G77-nin sədri qismində əməkdaşlığımızı dərinləşdirmək və bu iki təsisat arasında münasibətlərin inkişafında maraqlı olduğunu, Cənub-Cənub əməkdaşlığının dərinləşməsi üçün çalışdığını qeyd edib.
Qonaq ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin tükənmədiyini vurğulayıb, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı Azərbaycan və Kuba xalqlarının azadlıq uğrunda mübarizlik əzmlərinin oxşar cəhətlərdən olduğunu qeyd edib, xalqımızın işğal və təcavüzlə heç zaman barışmadığını, öz torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdiyimizi diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, Kuba xalqı dünyaya sübut etdi ki, azadlıq uğrunda mübarizədə bütün məhrumiyyətlərə dözüb və bizim Qələbəmizdə də Kuba xalqında olduğu kimi, mübarizlik hissi mühüm rol oynayıb. Bu oxşarlıq isə xalqlarımızı bir birinə daha da bağlayır.