Rusiyada şəhər çəhrayı rəngə boyandı - FOTOLAR
    • Bu gün, 02:30
    • 133

Rusiyada şəhər çəhrayı rəngə boyandı - FOTOLAR


Kamenks-Uralda sakinlər qeyri-adi təbii hadisə ilə qarşılaşıblar. 

Musavat.com xəbər verir ki, 23 noyabr səhəri Kamenks-Uralda (Sverdlovsk vilayəti) sakinlər göy üzünün çəhrayı rəng alması ilə qeyri-adi təbii hadisə müşahidə ediblər. Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşım edərək hadisənin fotolarını yayıblar.

Təxminən, bu fenomenin səbəbi isti hava kütlələrinin günəş işığını süzməsi olub. Astronomların istinad etdiyi Rayli-Cins qanununa əsasən, atmosferdən keçid zamanı yaşıl və mavi işıq şüaları səpələnir, qırmızı şüalar isə səhər vaxtı səmanı işıqlandırır.

Bu prinsip günorta vaxtı açıq havada səmanın mavi rəngdə görünməsini və günəşin batarkən qırmızı rəng almasını da izah edir.

Bundan əvvəl bənzər hadisə 2023-cü ilin dekabrında Tatarıstanın Buqulma şəhərində baş vermişdi, səma parlaq çəhrayı rəngə boyanmışdı. Bəzi sakinlər bu hadisəni "çəhrayı duman" kimi təsvir etmişdilər.

2024-cü il oktyabrın 11-nə keçən gecə Yer kürəsi sakinləri nadir təbii hadisə — qütb parıltısına şahid olmuşdular. Bu hadisə üçüncü səviyyəli güclü maqnit qasırğası (G3) fonunda baş vermişdi. Qütb parıltısı Sverdlovsk vilayəti və Krasnodar diyarı da daxil olmaqla bir sıra Rusiya regionlarında müşahidə edilmişdi.