İsrail energetika və təhlükəsizlik sahələrində Aİ-yə yardım edəcək
    • 28-02-2023, 20:03
    • 274

İsrail energetika və təhlükəsizlik sahələrində Aİ-yə yardım edəcək

İsrail Ukrayna ətrafındakı hadisələr fonunda Almaniya və digər Avropa ölkələri ilə energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq etməyə hazırdır.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen almaniyalı həmkarı Annalena Berbok ilə Berlindəki danışıqların ardından bildirib.

İsrail XİN başçısınını sözlərinə görə, Ukraynadakı vəziyyət təhlükəsizlik və energetika ilə bağlı Avropa ölkələri üçün siqnal olub. E.Koen əlavə edib ki, İsrail bu sahələrdə vacib oyunçudur və cari vəziyyətdə Avropa ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

“Biz bilik və bacarıqlarımızı, imkanlarımızı dostlarımızla bölüşmək istəyirik, Almaniya isə ən yaxşı dostlarımızdan biridir”, - o deyib.

Bundan əvvəl E.Koen İsrailin raket hücumu ilə bağlı erkən xəbərdarlığın ağıllı sisteminin hazırlanmasında Ukraynaya kömək edəcəklərini söyləmişdi. Diplomat bu bəyanatı Kiyevdə ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşdən sonra vermişdi.

O, həmçinin İsrailin səhiyyə və mülki infrastruktur sahəsində layihələrin həyata keçirilməsi üçün Ukraynaya 200 milyon dollara qədər kredit zəmanətləri verəcəyini də söyləyib.