Ukrayna səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb
    • 15-11-2022, 20:32
    • 359

Ukrayna səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

Ukraynanın İsrail əleyhinə olan BMT qətnaməsinin lehinə səs verməsi ilə əlaqədar Kiyevin bu ölkədəki səfiri Yevgeni Korniyçuk İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

News24.az
APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail XİN-in bəyanatında bildirilib.

Qeyd olunub ki, söhbət zamanı İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.

“Səfirə açıq şəkildə bildirilib ki, bu davranış dostluq davranışını təcəssüm etdirmir”, - bəyanatda bildirilib.

Görüşlə bağlı Ukraynanın İsraildəki səfirliyinin “Facebook” hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub ki, Ukrayna səfiri Rusiyanın Ukraynaya təzminat ödəməsi ilə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı nümayəndəsi iştirak etməyən İsrailin mövqeyindən məyusluğunu bildirib. “Reuters“in məlumatında bildirilib ki, İsrail tərəfi görüşü “səfirin çağırılması” kimi təqdim etsə də, Ukrayna tərəfi bunun əvvəlcədən planlaşdırıldığını və çağırılma olmadığını bəyan edib.

Qeyd edək ki, sözügedən qətnamədə İsrailin İordan çayının qərb sahilini işğal etməsi ilə bağlı beynəlxalq təhqiqatın açılmasını nəzərdə tutulur. Səsə qoyulan qətnamənin 98 ölkə lehinə, 17 ölkə isə əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb.