-
- 1-03-2023, 13:35
- 294
Kuryerin soyuducu qutusundan 800 illik mumiya tapıldı: "Mənəvi sevgilimdir" - FOTO
Peruda arxeoloji qazıntıı aparılan ərazidə maraqlı hadisə baş verib.
News24.az xəbər verir ki, polis davranışları ilə diqqəti çəkən sərxoş kuryerin üzərində axtarış aparan zaman sürprizlə üzləşib.
Kuryerin yanında daşıdığı soyuducu qutuda mumiya tapılıb.
Sözügedən mumiyanın təxminən 600-800 illik mumiyanın yetkin kişiyə aid olduğu ortaya çıxıb.
Kuryer sarğılı mumiya ilə bir otağı paylaşdığını və onu mənəvi sevgilisi kimi gördüyünü deyib. Kuryer mumiyanı dostlarına göstərmək üçün qutuda özü ilə apardığını vurğulayıb. O, “Juanita” adını verdiyi mumiyanı televizorunun yanında qutuda saxladığını bildirib.
Adı açıqlanmayan kuryer mumiyanın ilk sahibinin onun atası olduğunu bildirsə də, atasının onu haradan tapdığını açıqlamayıb.
Polis tapılan mumiyanın Mədəniyyət Nazirliyinə təhvil verildiyini deyib.
Kuryer və onun 23-26 yaşlarında olan iki dostu Perunun mədəni irsinə qarşı cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Onlar istintaqa cəlb edilib. /CNN Türk/
Teymur MƏMMƏDOV