Zelenskidən Milad təbriki: "Ukrayna üçün sülh istəyirik"
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Milad bayramı münasibətilə ukraynalıları təbrik edib.
News24.az xəbər verir ki, bu barədə o, sosial media hesabında video paylaşıb.
Zelenski deyib ki, hər kəs öz evində və əmin-amanlıq içində bayramı qeyd etməlidir. O əlavə edib ki, xalq 4 ildir müstəqillik uğrunda mübarizə aparır, lakin təəssüf ki, bir çox ukraynalı bayramı evində qarşılamayacaq.
“Rusiyanın bizə gətirdiyi bütün çətinliklərə baxmayaraq ən əsas şeyi işğal edə və ya dağıda bilmir. Bu, bizim ukraynalı ürəyimizdir, bir-birimizə olan inamımız və birliyimizdir”, – Ukrayna Prezidenti deyib.
O həmçinin bildirib ki, Rusiya ordusu bayram öncəsi də raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirib: “Ukrayna üçün sülh istəyirik. Bunun üçün mübarizə aparırıq”