-
- 1-03-2023, 13:09
- 457
Ramin Məmmədov kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu səlahiyyət Milli Məclisin deputatı Ramin Məmmədova verilib.
News24.az xəbər verir ki, Ramin Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində (ləğv olunuv) doğulub. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib. Ramin Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini başa vurub.
Ramin Məmmədov 2001-ci ildən Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib, 2008-2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009-2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrində çalışıb.
Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olub və deputat seçilib. Prezidentin 9 mart 2020-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad edilib.
Ramin Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. O, həmçinin, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin də üzvüdür.
Ramin Məmmədov Prezidentin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə", 18 noyabr 2017-ci il tarixli sərəncamı ilə isə "Tərəqqi" medalı ilə təltif olunub.
İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var.