-
- 1-03-2023, 17:02
- 392
İstanbulda zəlzələ zamanı 4,5 milyon insan evsiz qala bilər - İmamoğlu açıqladı
İstanbulda 7,5 bal gücündə zəlzələ baş verərəsə, 4,5 milyona yaxın insan evsiz qala bilər.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şəhərin meri Əkrəm İmamoğlu meriyanın zəlzələyə hazırlıq planlarının təqdimatında deyib.
İmamoğlu zəlzələnin qaçılmaz olduğunu, lakin fəlakətin dəqiq tarixini proqnozlaşdırmaq mümkün olmadığını bildirib: ""Şəhərdə 7,5 bal gücündə zəlzələ baş verəcəyi təqdirdə 260 minə yaxın binaya zərər dəyəcək. 4,5 milyon vətəndaşa müvəqqəti yaşayış yeri lazım olacaq".
Onun sözlərinə görə, fevralın 6-da baş verən zəlzələlərdən sonra 110 mindən çox insan evlərinin zəlzələyə davamlılığını yoxlamaq xahişi ilə bələdiyyəyə müraciət edib.
Teymur MƏMMƏDOV