Təyyarə qəzasında sağ qalan 12 nəfər bu gün ölkəyə gətirilir
    • Bu gün, 10:36
    • 121

Təyyarə qəzasında sağ qalan 12 nəfər bu gün ölkəyə gətirilir

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.

News24.az "Report"a istinadən xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.