"Bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir" - Prezident
    • 2-03-2023, 14:30
    • 160

"Bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir" - Prezident

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatmaqdadır. Ölkəmiz Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlıdır.

News24.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü zamanı bildirib.

Dövlət başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini deyib. Eyni zamanda, diqqətə çatdırıb ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.