-
- 2-03-2023, 16:30
- 2 422
“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib”
Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.
News24.az xəbər verir ki, tanınmış həkim Niyazi Qənbərli özünü pis hiss edən ilahiyyatçının paytaxtda yerləşən “Baku Medical Plaza” klinikasına müraciət etdiyini bildirib: "Səhər saat 04:00 radələrində klinikamızda olub. Miokard infarktı diaqnozu qoyulub, lakin təklif olunan müayinə və müalicədən imtina edərək, iltizamnaməyə qol çəkərək gedib".
N.Qənbərli qeyd edib ki, Hacının ailəsi "səhər təkrar gələrik" deyərək xəstəxanadan gedib.
Bundan əlavə, sosial şəbəkələrdə sözügedən iltizamnamənin fotosu da yayılıb. Həmin sənəddə Hacı Şahinin təcili tibbi yardım şöbəsində müayinədən keçməsi qeyd edilib. Diaqnoz kimi kəskin miokard infarkt və aritmiya göstərlib.
Daha sonra Yasamal rayonu, A.Abbasov küçəsindəki evinə gedən Hacı Şahinin halı kəskin pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilib və evə gələn həkimlər onun vəfat etdiyini bildiriblər.
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Hacı Şahinin ölüm səbəbi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmadan həkiməqədər ölüm qeydə alınıb. Rəsmi məlumatda da əlavə edilib ki, Ş.Həsənli martın 1-də də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.//qafqazinfo.az