Deputat: “Hacı Şahinlə dini baxışlarımız üst-üstə düşmürdü, amma...”
    • 2-03-2023, 17:04
    • 297

Deputat: “Hacı Şahinlə dini baxışlarımız üst-üstə düşmürdü, amma...”

“Hacı Şahin Həsənli cəmiyyətdə söz sahibi olan, nüfuzlu bir şəxs idi. Bizim onunla dinə baxışlarımız üst-üstə düşmürdü. Ancaq mədəni üsluba sahib, istənilən platformada rahat müzakirə aparılası adamlardan biri idi”.

Bu fikirləri News24.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı danışan millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, Hacı Şahin tolerantlığı ilə seçilirdi: “Hadisələrə özünəməxsus formada şərh verirdi. Cavan yaşında dünyasını dəyişməyi üzücü haldır.

Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm!”