"Polat Elemdar"ın boşanma SƏBƏBİ
    • 31-01-2019, 12:05
    • 1 562

"Polat Elemdar"ın boşanma SƏBƏBİ

Xəbər verdiyimiz kimi, məşhur aktyor Necati Şaşmaz 7 il evli olduğu xanımı Nagehan Şaşmazdan boşanmaq ərəfəsindədir.

News24.Az xəbər verir ki, cütlüyün boşanma səbəbi ortaya çıxıb. Aktyor həyat yoldaşının ona xəyanət etdiyini iddia edib.
Mənəvi zərərin yüngülləşdirilməsi üçün Necati Şaşmaz həyat yoldaşından 10 milyon lirə təzminat ilə iki uşağının vəlayətinin ona verilməsi tələbi ilə çıxış edib. Məşhur aktyorun vəkilinin Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində qeyd olunub ki, cütlüyün evliliyi Nagehan Şaşmazın ağır qüsurlu hərəkətləri nəticəsində kökündən sarsılıb. Bu səbəbdən cütlüyün ayrılmalarını, uşaqların atanın himayəsinə verilməsi tələb edilib. Ərizədə uşaqların xaricə çıxışına da qadağa qoyulması tələb olunub.

News24.Az