-
- 2-03-2023, 23:33
- 250
Hacı Şahin Eşq şəhididir
Filofobiya haqda bir esse yazmışdım. "Ölümcül həqiqətlər" kitabımda da var bu esse. Filofobiya - sevməkdən qorxmaqdır. Yazırdım ki, elə xadimlər var, xalqını sevməkdən qorxur; elə bilir, xalq bu sevgini o xadimin zəifliyi kimi "yanlış" anlayar. Və bir də yazmışdım: "Elə adam var, ən azı öz ölkəsi boydadır".
Hacı Şahin ən azı öz ölkəsi boyda olan Allah Adamıydı. Və tək öz xalqını sevməkdən deyil, bütün insanlığı sevməkdən də qorxmadı. Hamını sevə bilmək - Allahın yaratdığı hər canlını Allaha xatir sevmək böyük ürək istər. Həm də hər üç mənada! Və bu boyda Dünyanı bir yumruq ölçüsündəki ürəyə yerləşdirmək Ürəkli kişilərin işidir.
Bunca sevgiyə ürək dözər?!
Hacı Şahin Eşq şəhididir.
Məqamı uca, məkanı Cənnət olsun!
Bahəddin Həzi