"Zirə" FK malavili Robin Nqalande ilə müqavilə bağlayıb
    • 31-01-2019, 12:27
    • 975

"Zirə" FK malavili Robin Nqalande ilə müqavilə bağlayıb

“Zirə” klubu baxışda olan Robin Nqalande ilə bağlı qərar qəbul edib.

Klubdan verilən məlumata görə, 27 yaşlı malavili hücumçu ilə bu gün 6 ay + 1 il formasında rəsmi müqavilə bağlanılıb.
Nqalandenin son klubu Cənubi Afrika Respublikasının “Baroka” klubu olub. O, daha öncə bu ölkənin “Vits Yuniversiti”, “Platinum Stars”, Keyptaun “Ayaks”ı və İspaniya “Atletiko”sunun gənclər komandasında çıxış edib.
Qeyd edək ki, “Zirə” bir müddət əvvəl Mfo Kqasvane, Xulio Sezar Rodriqez Ximenes və İsmail Fofananı heyətinə qatıb.