"Youtube"da kanal açdı, saatlar içində 100 min izləyici topladı
İdman
“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal “YouTube” kanalı yaradıb.
News24.az xəbər verir ki, hazırda kanalda futbolçunun evinə səyahəti əks etdirən 11 dəqiqəlik video və bir qısametrajlı film yer alır.
Yarandığı ilk bir neçə saat ərzində kanal artıq 100 minə yaxın abunəçi cəlb edib.
Lamin Yamal 2023-cü ilin aprel ayından bəri “Barselona”nın əsas komandasının üzvüdür. 18 yaşlı cinah oyunçusu bu mövsüm İspaniya La Liqasında 14 oyunda meydana çıxıb, yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib. (Publika.az)