Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    • 3-03-2023, 18:08
    • 256

Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir.

News24.az xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin mətbuat xidmətindən bildirilib.

“Kansler dünən Ermənistanın Baş naziri Paşinyanla görüşüb. Bölgədən bizə müraciət edildi ki, yenidən Dağlıq Qarabağla bağlı federal hökumətin mövqeyini təqdim edək. Federal hökumətin mövqeyi dəyişməyib. Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni dinc yolla həll etməyə çağırır”, – vurğulanıb.
Qeyd olunub ki, Almaniya üçün hər iki ölkədə sakinlərin haqlarına və azlıqların hüquqlarına beynəlxalq normalara və götürülmüş öhdəliklərə uyğun olaraq hörmət edilməsi vacibdir.

“Federal Hökumət Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini açıq şəkildə dəstəkləyir”, – Almaniya hökumətindən bildirilib.