Ağcabədidə körpə doğuş zamanı öldü - Video/Yeniləndi
Hadisə
Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.
News24.az xəbər verir ki, Zərdab rayon sakini 2001-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.
Yaşar Araz
**
"Dekabrın 23-ü saat 19:15 radələrində 2004-cü il təvəllüdlü, hamiləliyi 39 həftə olan qadın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:
"Dekabrın 24-ü saat 08:30 radələrində ölü döl ana bətnindən xaric edilib.
Hazırda ananın müalicəsi Doğum şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, dölün meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Təşrihin nəticəsindən asılı olaraq dölün ölümünün dəqiq zamanı və bilavasitə səbəbi haqqında rəy təqdim etmək mümkün olacaq".