Hacı Şahinin dəfn mərasiminə yardımla bağlı xəbərə - REAKSİYA
    • 3-03-2023, 20:22
    • 754

Hacı Şahinin dəfn mərasiminə yardımla bağlı xəbərə - REAKSİYA

Dünən dünyasını dəyişən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin dəfni və yas mərasiminə yardımla bağlı xəbərlər yalandır.

News24.az xəbər verir ki, bu barədə Hacı Şahin Həsənlinin Facebok səhifəsində bildirilib.

Səhifədəki paylaşımda deyilir:

"Əziz dostlar! 
Hacı Şahin Həsənlinin dəfni və ya digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Diqqətli olmağınızı xahiş edirik".