Tez-tez xəstələnən uşaqlar risk altında – Viruslar allergiyanı gücləndirir
Sosial
“Mövsümi virus infeksiyaları allergik xəstəliklərin yaranmasına səbəb ola bilər”.
News24.az xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov səsləndirib.
Onun sözlərinə görə, xüsusilə immun sistemi zəif olan və tez-tez xəstələnib sağalan uşaqlarda zamanla allergik xəstəliklərin yaranma riski artır:
“İnfeksiya dövründə tənəffüs yollarının selikli qişası zədələnir. Nəticədə havadakı zərərli viruslar və allergenlər orqanizmə daha asan daxil olaraq müxtəlif orqanlara mənfi təsir göstərir. Bu proses allergik xəstəliklərin formalaşmasına və ya mövcud allergiyanın ağırlaşmasına səbəb ola bilər.
Bu səbəbdən, ilk növbədə allergik xəstəlikləri olan şəxslərin peyvəndlənməsi vacib hesab olunur”.