DİN-də yeni təyinat oldu

DİN-də yeni təyinat oldu Gündəm
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

News24.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Polis kapitanı Pərviz Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

P.Məmmədov müvafiq əmrlə Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.