Naxçıvanda biotexniki tədbir keçirildi
    • 4-03-2023, 13:44
    • 172

Naxçıvanda biotexniki tədbir keçirildi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Milli Parkın Ordubad rayonunun Kotam kəndi istiqamətindəki “Əlikar dağı” və “Xorxat” adlanan ərazilərində biotexniki tədbir keçirilib.

News24.az xəbər verir ki, çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 55 kip qaba yem və 1000 kq daşduz dağıdılıb.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsi daim diqqət mərkəzində saxlanılır.

Biotexniki tədbirləri digər ərazilərdə də davam etdiriləcək.