Prokurorluq Binəqədidə baş vermiş partlayışla bağlı açıqlama yaydı
    • 4-03-2023, 15:36
    • 165

Prokurorluq Binəqədidə baş vermiş partlayışla bağlı açıqlama yaydı

Bu gün Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda araşdırma aparılır.

News24.az  xəbər verir ki, Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//apa