Fərid Usubov həbs edildi - Yeniləndi
Hadisə
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.
News24.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
P.S. Yaxın saatlarda həbsin detalları barədə əlavə detalları təqdim etməyə çalışacağıq. (Gununsesi.info)
13:38
Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.
News24.az xəbər verir ki, məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.
Bildirilib ki, onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək. (apa.az)