Umayra Tağıyeva nazir müavini təyin edildi, Firdovsi Əliyev vəzifəsindən azad olundu
    • 4-03-2023, 16:28
    • 230

Umayra Tağıyeva nazir müavini təyin edildi, Firdovsi Əliyev vəzifəsindən azad olundu

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.

News24.az Bu barədə nazirlikdən məlumat verilib.

Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.