Bu gün silahlı basqında ölən Rüfət Həşimovun müsahibəsi - VİDEO
    • 4-03-2023, 21:02
    • 271

Bu gün silahlı basqında ölən Rüfət Həşimovun müsahibəsi - VİDEO

Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Vətən müharibəsi iştirakçısıdır. 

Rüfət Həşimov könüllü olaraq döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüşlərə qoşulub. R.Həşimov həm də kikboks üzrə respublika mükafatçısıdır.


Qeyd edək ki, R.Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.