Supermarketdə öldürülən şəxs bu qurumun əməkdaşı olub- YENİLƏNDİ
    • 4-03-2023, 20:21
    • 252

Supermarketdə öldürülən şəxs bu qurumun əməkdaşı olub- YENİLƏNDİ

Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

News24.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir: "Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".

***
Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

News24.az  xəbər verir ki, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkossasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. /Qafqazinfo.az/