Hipermarketə silahlı basqın edənlərdən biri məhv edildi, digəri tutuldu - DİN
    • 4-03-2023, 21:57
    • 204

Hipermarketə silahlı basqın edənlərdən biri məhv edildi, digəri tutuldu - DİN

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

News24.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.