Bakıda itkin düşən bacı-qardaşı aparan QADIN TUTULDU -FOTO -YENİLƏNDİ
    • 16-08-2019, 17:51
    • 1 045

Bakıda itkin düşən bacı-qardaşı aparan QADIN TUTULDU -FOTO -YENİLƏNDİ

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

***
17.40
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir: "İstintaq gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. 

İctimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü itəvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib". /report/