-
- 31-01-2019, 18:07
- 1 854
Şarliz Teron ABŞ-da prezidentliyə namizəd "ilk" qadın "OLACAQ" - FOTO
“Entertainment Weekly” jurnalında “Riskli iş”/“Long Shot” filminin çəkilişindən ilk kadrlar dərc edilib.
Filmdə baş rolları Şarliz Teron və Set Rogen oynayırlar. Rogenin sözlərinə görə, filmdəki sevgi hekayəsi “Bir az hamilə” filminə daha çox bənzəyir. Ekran əsərinin yaradıcıları siyasi reallıqlardan bəhs edən yaxşı kino ortaya çıxarmaq istəyirlər. Filmin qəhrəmanı Fred keçmiş sevgilisi Şarlotta ilə rastlaşanda öyrənir ki, o, indi nüfuzlu qadınlardan biridir. Şarlotta artıq dövlət katibidir və onun ABŞ-ın ilk qadın-prezidenti olmaq şansı var. Fred ilə qarşılıqlı münasibətlər onun karyerasını təhlükə altında qoyur.
Filmin bu ilin mayında ekranlara çıxarılacağı planlaşdırılır.
Teron və Rogendən əlavə filmdə Endi Serkis, Aleksandr Skarsqord, Bob Odenkirk və digərləri də çəkilirlər.