-
- 6-03-2023, 13:11
- 195
8 Martda gül dükanlarında qiymətlər necə olacaq?
8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Gül və hədiyyə satılan dükanların önündə hərzamankından fərqli olaraq canlanma müşahidə olunur. Ən çox tələbat isə hər zaman olduğu kimi, təbii güllərədir.
News24.az xəbər verir ki, Trend həmin gün qiymətlərin necə olacağı ilə bağlı gül mağazaları arasında sorğu keçirib.
Gül satışı ilə məşğul olan Pərviz Adıgözəlov bildirib ki, 8 mart ərəfəsində müxtəlif növ güllərə tələbat artıb.
"Ən çox tələbat qızılgül və papatyalaradır. Satdığımız güllərin əksəriyyəti ölkəmizdə becərilir. Tələbat artanda Niderlanddan da gül gətirilir. Hazırda qırmızı qızılgülün qiyməti 5-6 manat arasında dəyişir. Digər güllərin qiyməti isə 5 manat təşkil edir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər qalxma hiss olunur. Buketlər də güllərin sayına və növünə görə dəyişir. Belə ki, ən ucuz buket 25-manatdan başlayır. Buketə dizayn vermək də qiymətə daxildir. Dibçək güllərinə də maraq az deyil. Dibçəkdə orxideya 30-35, kala gülü isə 35 manata satılır", - satıcı qeyd edib.