Şəhid Eşqin Hüseynov Tovuzda dəfn edildi - FOTO - YENİLƏNDİ
    • 6-03-2023, 15:02
    • 187

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn edildi - FOTO - YENİLƏNDİ

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.

News24.az xəbər verir ki, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanılar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

***
14.19

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Mərasimdən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.