Röya hit mahnısını yenilədi - VİDEO
    • 1-02-2019, 11:00
    • 2 226

Röya hit mahnısını yenilədi - VİDEO

Əməkdar artist Röya Ayxan bir müddət öncə instagram izləyiciləri üçün xüsusi hazırladığı "Dama dama" mahnısını yeniləyib. 

News24.az xəbər verir ki, sözləri Orxan Mürvətliyə, müsiqisi Fərid Kərimliyə aid olan mahnının yeni aranjimanı Elvin İmanova, miks-masterinqi isə Hacı Nazimə məxsusdur. Bəstənin yeni versiyasında canlı musiqi alətlərindən istifadə olunub. 

Qeyd edək ki, Röya Ayxan 14 fevral tarixində "Elektra Hall"da Miri Yusiflə konsert verəcək.

Teymur MƏMMƏDOV