-
- Bu gün, 11:52
- 7 577
Türkiyədə FACİƏ: Ölənlər var
Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə Muğla şəhərində qeydə alınıb.
Xəstəxana binasına çırpılan helikopter qəzadan sonra yerə düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.
***
Türkiyə mətbuatının məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Ölənlərdən ikisi pilot, biri həkim, digəri isə tibb işçisidir.