İndoneziyada torpaq sürüşməsi: Çox sayda ölü və itkin düşən var
    • 9-03-2023, 11:34
    • 138

İndoneziyada torpaq sürüşməsi: Çox sayda ölü və itkin düşən var

İndoneziyanın Natuna adalarında güclü yağışlardan sonra baş verən torpaq sürüşməsində ölənlərin sayı 21 nəfərə çatıb.

News24.az xəbər verir ki, ölkənin Milli Fəlakətlərin Azaldılması Agentliyindən verilən açıqlamada, sürüşmə zamanı itkin düşən 33 nəfərlə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Rəsmilər sürüşmə səbəbindən bölgədə 1300 nəfərin sığınacaqlara yerləşdirildiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib. /CNN Türk/

Teymur MƏMMƏDOV