"Sarı gəlin" Almaniyada yaşayan həmyerlimizin ifasında Avropa radiolarında - FOTO - VİDEO
    • 1-02-2019, 13:25
    • 1 883

"Sarı gəlin" Almaniyada yaşayan həmyerlimizin ifasında Avropa radiolarında - FOTO - VİDEO

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov yeni layihəsini həyata keçirib. 

News24.Az xəbər verir ki, ifaçı "Qafqazın ruhu" (Spırıt of Caucasus ) adlı yeni layihəsi çərçivəsində “Sarı gəlin” xalq mahnımızı sinql şəklində təqdim edib.
S. İsmayılxanov bildirib ki, “Sarı gəlin” artıq Avropanın bir çox radiolarında səsləndirilir: 
“14 il Almaniyada yaşasamda daima Azərbaycan musiqilərinin, mahnılarının dinlənməsi və tanınması üçün əlimdən gələni etmişəm. Dünyanın bir cox musiqi festivallarında bir Azərbaycanlı olaraq, sənətimi tanıtmışam. 
Yeni işıq üzü görəcək musiqi albomumda «Spirit of Caucasus» ‚ Azərbaycanımın klassik və xalq mahnılarının arasında “Sarı gəlin” mahnısı da yer alıb.
“Sarı gəlin”imiz bugündən etibarən dünyanın bir çox etnik radiolarında səsləndirilməyə başlayıb. 
“Sarı gəlin” üçün klip çəkilişləri Ukraynada və Almaniyada həyata keçib. Klipin ideyası özümə aiddir və rejissoru Ukraynada tanınmış simalardan olan Muxin ailəsidir. 
Uzun illərdir Almaniyada yaşamağıma baxmayaraq, öz kökümü və vətənimi unutmamışam. Hər zaman Azərbaycan musiqisinin tanınması üçün əlimdən gələni edirəm və bununla da fəxr etmişəm. 
Gələcəklə bağlı planlarım çoxdur. Yeni layihələr üzərində çalışıram. Dinləyicilərimi çoxlu sürprizlər gözləyir. 
Pərəstişkarlarımın dəstəyinə hər zaman ehtiyacım var. Yanımda olmaları, mənə güc, stimul yaratmaları mənim üçün çox vacibdir. 
Həm Azərbaycanda, həm Türkiyədə, həm də Almaniyada olan pərəstişkarlarıma təşəkkürümü bildirirəm. Çox sağolsunlar ki, məni dinləyir və sənətimə dəyər verirlər”.

Teymur MƏMMƏDOV