DTX-nin həbs etdiyi gömrük polkovnikləri AZADLIĞA BURAXILDI
    • 9-03-2023, 13:52
    • 159

DTX-nin həbs etdiyi gömrük polkovnikləri AZADLIĞA BURAXILDI

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov azadlığa buraxılıb.

News24.az apa-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər.

Bu əsasla cinayət işlərinə xitam verilib, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin iyul keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.