Konqoda silahlı hücum: KƏND YANDIRILDI, 36 NƏFƏR ÖLDÜRÜLDÜ
    • 9-03-2023, 16:18
    • 147

Konqoda silahlı hücum: KƏND YANDIRILDI, 36 NƏFƏR ÖLDÜRÜLDÜ

Konqo Demokratik Respublikasında naməlum şəxslərin silahlı hücumu nəticəsində 36 nəfər həlak olub.

News24.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Şimali Kivu əyalətinin Beni şəhərində baş verib.

Şimali Kivu qubernatoru Karli Nzanzu Kasivita sosial media hesabında hücumun "Demokratik Alyans Qüvvələri" adlı təşkilat tərəfindən həyata keçirildiyini təxmin etdiklərini bildirib. 

Hücum edilən kəndin tamamilə yandırıldığı, bölgəyə təhlükəsizlik qüvvələri göndərildiyi vurğulanıb.

Hadisə zamanı çox sayda insanın da yaralandığı qeyd edilib. /Haber Global/

Teymur MƏMMƏDOV