Kafeyə silahlı hücum edən şəxs tutuldu
    • 9-10-2019, 20:54
    • 1 291

Kafeyə silahlı hücum edən şəxs tutuldu

Almaniyanın Hall şəhərində yerləşən kafedə müştərilərə silahlı hücum olub.


News24.az xəbər verir ki, hücum anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həlak olub. Silahlı hücumu həyata keçirən kişi isə artıq həbs edilib.


Hadisə şahidlərinin sözlərinə görə, hadisəni törədən şəxs əvvəlcə kafeyə əl qumbarası atsa da, o, qapıya dəyərək istiqamətini dəyişib və küçədə partlayıb. Daha sonra o, əlindəki odlu silahla müştərilərə atəş açıb. Hadisə yerində bir qadın həlak olub, bir neçə nəfər yaralanıb.


Kadrlarda kişinin necə atəş açması açıq əks olunub. Videoya əsasən onun, ən azı üç atəş açdığını demək olar.


Artıq iki nəfərin öldüyü dəqiqdir.

Polis hücum edənin tək olmadığını ehtimal edir.