-
- 9-03-2023, 16:02
- 391
XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım
“Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir”.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir.
“Bu gün azərbaycanlı mülki şəxs minanın partlaması nəticəsində ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən sonra mina səbəbindən ölən və yaralananların sayı 284 nəfərə çatıb. Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdırlar”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.