Hökumənin atası: "Qəzanın günahkarlarının cəzalandırılmasını gözləyirik"
Gündəm
"Səbirsizliklə təyyarə qəzasınının baş verməsinə səbəb olanların cəzalandırılmasını gözləyirik".
News24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
O, Azərbaycan dövlətindən hər zaman qayğı gördüklərini bildirib.
"Hökumə həmişə deyərdi ki, mən kəlbəcərliyəm. Tale elə gətirdi ki, cənab Prezident Hökumənin ailəsinə Kəlbəcərdən ev verdi. Bir daha hamıya təşəkkür edirəm”, - deyə o vurğulayıb. (apa.az)