Saatlı sakinlərində silah-sursat aşkarlandı
    • 9-03-2023, 18:00
    • 109

Saatlı sakinlərində silah-sursat aşkarlandı

Saatlı sakinlərində silah-sursat aşkarlanıb.

Bu barədə News24.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.