"Həyat yoldaşıma izah edə bilmirəm ki..."

"Həyat yoldaşıma izah edə bilmirəm ki..." Şou
Aktyor Elməddin Cəfərov həyat yoldaşından bəhs edib. 

News24.az xəbər verir ki,  sənətçi bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, xanımı onun filmlərini izləməyi sevmir:

"Həyat yoldaşım çox gülməyi sevmir. Mənim videolarıma baxmır. Ancaq oğullarımız haradasa çəkiləndə baxır. O da övladları üçün. Komediyanı sevmir. Motivasiya yönümlü nələrisə xoşlayır. Ona izah edə bilmirəm ki, mən komediya aktyoruyam, ciddiliyi qoy kənara. Bəlkə evdə özümü çox ciddi qəbul etdirdiyimə görədir". //axşam.az