Bakıda atışmanın kimə görə baş verdiyi bilindi - DETALLAR
    • 10-03-2023, 17:00
    • 220

Bakıda atışmanın kimə görə baş verdiyi bilindi - DETALLAR

Bakıda baş verən atışma ilə bağlı yeni faktlar bəlli olub.

Hadisə Nicat adlı şəxsə görə baş verib.

Belə ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də, istəyinə nail ola bilməyib.

Hadisə zamanı ətrafda olan 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl “Globalinfo” portalı hadisəni Nicat Lənkəranskinin törtədiyi barədə xəbər yayıb. Əslində isə o, silhalı hücuma məruz qalan şəxsdir.
Faktla bağlı araşdırma aparılır. /Bakupost.az/