-
- 10-03-2023, 23:51
- 260
Hacı Şahindənsə gedib şəhidlərimizi ziyarət etsinlər... – İlahiyyatçı
İranın barmağı olduğunu düşünürəm...
“O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız da olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir?”
News24.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Bakupost.az -a açıqlamasında səsləndirib.
O, Hacı Şahinin vəfatından sonra qəbrinin ziyarətgaha çevrilməsi barədə danışıb: “Bu xoş görülən bir işdir. Tur da təşkil etmək olar. Qanunla qadağa yoxdur. Amma bunun altında başqa niyyətlər varsa, o zaman doğru deyil. Ziyarət adı altında gedib narahatlıq yaratmaq, siyasi aksiyalar təşkil etmək, başqa maraqlar güdüb dinə xələl gətirmək bəyənilməyən işlərdir və qadağan hesab olunur”.
T.İrfan ziyarətin normal şəkildə, İslam qaydalarına uyğun təşkil edilməsini vacib sayıb. Qeyd edib ki, fars ideologiyasından irəli gələn ayinlər yolverilməzdir: “Bəziləri mahnı oxuyur, bəziləri “Oyan, oyan” rədifli şeirlər səsləndirir. Bu, İslam dininə aid deyil, fars-sasani ideologiyasından irəli gəlir. Bir neçə müddət əvvəl Şəhidlər xiyabanının üzərində müəyyən mərsiyələr deyidilər, qara bayraqlar qaldırırdılar. Onu bu ziyarətdə də etmək istədikləri hiss olunur. Biz müsəlmanıq, ziyarəti də gərək, müsəlman qaydalarına uyğun edək”.
İlahiyyatçı digər önəmli şəxslərin qəbrinə ziyarət edilməməsi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, burada siyasi məqsədlərin olduğunu vurğulayıb: “Bu, Azərbaycanda görülməmiş bir şeydir. Bizim minlərlə şəhidimiz var. Gedib o şəhidlərimizi ziyarət etsinlər. Bizim üçün pir də, ocaq da, ən müqəddəs yer də oradır. O mərhum kimi bizim yüzlərlə alimlərimiz, insanlarımız olub. Niyə Hacı Zeynalabdin Tağıyevin, Seyid Yəyha Bakuvinin, Nizami Gəncəvinin qəbrinə tur təşkil edilmir? İranın barmağı olduğunu düşünürəm. Bu şəkildə radikalizm yaratmaq, güc göstərmək istəyirlər”.