Siyəzəndə 3 yaşlı uşaq maşında yanaraq öldü – Video
Hadisə
Ötən gün Siyəzəndə 3 yaşlı uşağın avtomobildə yanaraq ölməsi hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, ailənin yaxın adamlarından biri hadisə barədə İctimai Televiziyaya danışıb.
“Maşın çöldə olub. Hüseynağa orada işləyirmiş. Bolt lazım olub, qayıdıb ki, zirzəmidən götürsün. 3-4 dəqiqənin içində gəlib, görüb ki, maşının içi tüstüdü. Uşaq qabaqda oturubmuş. Qapını açıb ki, uşaq orada yoxdu. Maşın alovlanıb, dəhşətli alov olub. Qabaqda tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdu. Digər tərəfdən şüşəni vurub əli ilə sındırıb. Sonra qonşuların köməyi ilə arxa qapını açıblar. Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir. Baş hissəsi yanmışdı”, – o bildirib.
Daha ətraflı videoda: