-
- 11-03-2023, 14:55
- 567
“Vasif Talıbovun vaxtında rəqqasə universitetə gedə bilməzdi...” – Aqil Abbas
Martın 9-da Naxçıvan Universitetində "Bloggerlik və incəsənət" mövzusunda seminar keçirilib. Media sahəsində çıxış etmək üçün dəvət olunan spiker prodüser, aktrisa, rəqqasə Oksana Rəsulova olub. İddia olunur ki, Oksana Rəsulovanı universitetə rektor özü dəvət edib.
O. Rəsulovanın mühazirəsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə onun universitetə dəvət olunmasını tənqid edənlər üstünlük təşkil edib.
News24.az-ın əməkdaşı məsələ ilə bağlı millət vəkili Aqil Abbasın düşüncələrini öyrənib.
O, məsələyə belə münasibət bildirib: “Həmin xanımı tanımıram. Deyilənə görə, tanınan insandır, rəqqasədir, dünyanı gəzib, düşüncələrini bölüşə bilər. Ancaq universitetə daha ziyalı elm adamı, şair, yazıçı, bəstəkar və ya rəssam dəvət olunsa, yaxşı olardı. Artıq dəvət olunub da. İndi nə edək? Rektora güllə ataq?! Bu məsələ böyük faciə deyil.
Həmçinin ağıllı, savadlı, təhsili bilən mütəxəssislərlə görüş daha səmərəli ola bilər. Məsələn, Şahlar Əsgərov, Vaqif Abbasov, Etibar Əliyev, Rafiq Əliyev və s. şəxsləri saymaq olar. Rəqqaslardan sonra yəqin ki, adlarını sadaladığım şəxslər də dəvət olunacaq. Oranın rəhbəri gənc rektordur. Ona deyiblər, o da çağırıb. Vasif Talıbovun vaxtı olsaydı, rəqqasə ora gedə bilməzdi. Vasif Talıbovun vaxtında daha ziyalı şəxslər dəvət olunurdu”.
Məhərrəm Əliyev