Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır
    • 11-03-2023, 23:29
    • 240

Polşa Avropanın ən böyük quru qoşunlarını yaradır

Polşa Avropanın ən böyük quru ordusunu qurur.

News24.az-ın xəbərinə görə, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.

Bildirilir ki, Polşa hakimiyyəti öz ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO standartlarından iki dəfə çoxdur.

Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi alınması daxildir.

Ümumilikdə, Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifarişi verib, 2023-cü il üçün müdafiə büdcəsi isə 26 milyard dollar təşkil edir.

Bundan əlavə, Polşa ordunun sayını iki dəfə - 300 min nəfərə qədər artırmaq niyyətindədir.